--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

Aysel Əlibəyli 03 İyul 2026 · 14:26 1108 baxış

Dövlət İmtahan Mərkəzi (DİM) 14 iyun 2026-cı il tarixində keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhdi üzrə yekun nəticələri, o cümlədən esse qiymətləndirilmələri ilə birlikdə ictimaiyyətə təqdim edib.

Dövlət İmtahan Mərkəzi (DİM) 14 iyun 2026-cı il tarixində keçirilmiş magistraturaya qəbul imtahanının ikinci cəhdi üzrə yekun nəticələri elan edib. Nəticələrə xarici dil fənləri üzrə esse tapşırıqlarının qiymətləndirilməsi də daxil edilib və bununla da iştirakçıların yekun imtahan balları müəyyənləşdirilib.Bakalavrlar əldə etdikləri yekun nəticələrlə DİM-in elektron xidmətləri vasitəsilə tanış ola bilərlər. Bundan əlavə, mobil operatorlar – Azercell, Bakcell və Nar abonentləri “iş nömrəsi”ni 7727 qısa nömrəsinə göndərməklə də imtahan nəticələrini öyrənə bilərlər.Qəbul qaydalarına uyğun olaraq müsabiqə şərtlərini ödəyən namizədlər magistratura üzrə ixtisaslaşma seçimi mərhələsinə buraxılacaqlar. İxtisas seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” əsasında həyata keçiriləcək. Həmin cədvəlin “Magistr” jurnalının növbəti nömrəsində dərc olunacağı bildirilib.İmtahan nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün DİM tərəfindən apellyasiya prosesi də təşkil ediləcək. Apellyasiya müraciətləri 8 iyul 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə araşdırılacaq.Apellyasiya Komissiyasına müraciət etmək istəyən şəxslər 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək DİM-in rəsmi internet səhifəsində yerləşdiriləcək elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. Müəyyən edilmiş vaxt ərzində qeydiyyatdan keçməyən namizədlərin sonradan apellyasiya müraciəti etmək hüququ olmayacaq.Qeyd edək ki, qapalı və kodlaşdırıla bilən açıq tipli 95 imtahan tapşırığı üzrə nəticələr hələ iyunun 17-də açıqlanmışdı. Hazırda isə xarici dil üzrə esse nəticələrinin də əlavə olunması ilə yekun bal elan edilib. İştirakçılar test tapşırıqları üzrə maksimum 95, esse üzrə isə 5 bal olmaqla ümumilikdə 100 bal toplamaq imkanına malik olubla

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xorvatiya nümayəndə heyəti Azərbaycanın hərbi təhsil müəssisələrində olub

Next Article

Sabunçuda 19 kiloqram marixuana dövriyyədən çıxarıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pulsuz hüquqi yardımdan imtina edən vəkillərə yeni öhdəlik

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 18:32 1036 baxış Pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsi təklif olunur. Elpress.az xəbər verir ki, bu məsələ yeni hazırlanmış “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əksini […]

Avqustda 70 aptekdə yoxlama aparılıb

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:34 1048 baxış Yoxlamalar zamanı 19 aptekdə müxtəlif nöqsanlar müəyyən edilib Elpress.az xəbər verir ki, 2026-cı ilin avqust ayında ölkə üzrə apteklərdə nəzarət tədbirləri həyata keçirilib.Ay ərzində ümumilikdə 70 […]

Müəllim və şagirdlər üçün yeni geyim tələbləri

Aysel Əlibəyli 07 İyul 2026 · 11:17 1098 baxış Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün geyim tələbləri vahid qaydada müəyyən ediləcək. Elpress.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan […]