--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Müəllim və şagirdlər üçün yeni geyim tələbləri

Aysel Əlibəyli 07 İyul 2026 · 11:17 1104 baxış

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün geyim tələbləri vahid qaydada müəyyən ediləcək.

Elpress.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna edilən düzəlişdə öz əksini tapıb və sənəd üçüncü oxunuşda qəbul edilib.

Yeni qaydalara əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiqləyəcək.

Dəyişikliklərə görə, valideynlər və ya digər qanuni nümayəndələr də övladlarının məktəbdə müəyyən olunmuş geyim formasına riayət etməsini təmin etməyə borclu olacaqlar.

Qanuna əsasən, bundan sonra həm müəllimlər, həm də şagirdlər dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə əməl etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əli Hacıdan yeni şeir

Next Article

İlham Əliyevin yeni təyin etdiyi nazir müavini kimdir?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda Beynəlxalq Minatəmizləmə Konfransının son paneli keçirilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:37 1050 baxış Livan, Kamboca, Bosniya və Herseqovina və Serbiyanın mina təhlükəsi ilə mübarizə təcrübəsi təqdim olunub Elpress.az xəbər verir ki, Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında “Təhlükəsiz yaşayış […]

Şəmkirdə qadının adını dəyişdirmək cəhdi nəticəsiz qalıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:43 1068 baxış “Gilas” adının “Kifayət” ilə əvəzlənməsi tələbi məhkəmədə təmin edilməyib Elpress.az xəbər verir ki, Şəmkir rayonunda yaşayan qadın doğum haqqında sənədlərində adının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət […]

Yeni metro stansiyalarının piyada əlçatanlıq zonası açıqlanıb

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:30 1070 baxış Stansiyaların ətrafında 800 metrlik piyada əlçatanlıq radiusunun müəyyənləşdirilməsi təklif olunur Elpress.az xəbər verir ki, Metro stansiyalarının şəhər sakinləri üçün piyada əlçatanlığını qiymətləndirmək məqsədilə stansiyaların ətrafında müəyyən […]