--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Xorvatiya nümayəndə heyəti Azərbaycanın hərbi təhsil müəssisələrində olub

Aysel Əlibəyli 03 İyul 2026 · 13:53 1114 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Xorvatiya Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi təhsil müəssisələrini ziyarət edib.

Nümayəndə heyətinin tərkibində Xorvatiya Müdafiə Nazirliyinin Müdafiə Akademiyasının dekanı, polkovnik Goran Huljev, “Katarina Zrinska” adına Xarici Dillər Mərkəzinin direktoru İrina Prifi Duriç və digər rəsmilər yer alıblar.Səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda və Heydər Əliyev adına Hərbi İnstitut keçirilən görüşlərdə iştirak ediblər.

Görüşlər zamanı Azərbaycan və Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, hərbi kadr hazırlığı, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Xorvatiyalı qonaqlara hər iki ali hərbi təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi, maddi-texniki bazası və mövcud infrastruktur barədə ətraflı məlumat təqdim olunub. Onlar tədris korpusları və digər obyektlərlə də yaxından tanış olublar.

Səfər çərçivəsində tərəflər hərbi təhsil sisteminin təşkili, müasir tədris yanaşmaları və bu sahədə tətbiq olunan yeniliklərə dair təqdimatlarla çıxış edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Abşeronda yeni Ailə Sağlamlıq Mərkəzi istifadəyə verildi

Next Article

Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda 143 dərman vasitəsinin yeni qiyməti təsdiqləndi

Aysel Əlibəyli 23 İyul 2026 · 00:37 1080 baxış Elpress.az xəbər verir ki, Tarif Şurasının növbəti iclasında ölkədə satışda olan bir sıra dərman vasitələrinin qiymətləri yenidən tənzimlənib. Qərara əsasən, 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi […]

Təcili Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 16:42 1040 baxış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində rəhbər dəyişikliyi baş verib. Elpress.az xəbər verir ki, Oqtay İsmət oğlu Gözəlov Mərkəzin yeni direktoru təyin olunub. O.Gözəlov əmək […]

Bakıda 4 əsas yolda sıxlıq yaranıb – SİYAHI

Aysel Əlibəyli 13 Avqust 2026 · 08:23 1064 baxış Elpress.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Məlumata görə, hazırda sıxlıq olan əsas yollar bunlardır: Bakı-Sumqayıt şosesi – “20 […]