Pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsi təklif olunur.
Elpress.az xəbər verir ki, bu məsələ yeni hazırlanmış “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əksini tapıb.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, pulsuz hüquqi yardım üçün vəkilə və ya vəkil qurumuna müraciət edən, xüsusi vasitəçinin dəstəyinə ehtiyacı olan əlilliyi olan şəxslər dövlət büdcəsi hesabına müvafiq xidmətlərlə təmin ediləcəklər.
Bu şəxslər üçün qiraətçi və peşəkar surdo-tərcüməçilərin xidmətlərindən istifadə imkanının yaradılması nəzərdə tutulur.
Layihədə “pro bono” hüquqi xidmətlərin göstərilməsi ilə bağlı tələblərə də yer verilib. Həmin tələblərə əməl edilmədiyi halda, pulsuz göstərilməyən hər saatlıq hüquqi xidmət üçün Vəkillər Kollegiyasına 18 manat ödəniş edilməsi təklif olunur


