--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni idman zalı və tibb bölməsi istifadəyə verildi

Aysel Əlibəyli 26 İyun 2026 · 17:32 1110 baxış

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyində yeni istifadəyə verilən bir sıra obyektlərin açılışı olub.

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbər heyəti yeni inşa edilən idman zalı və Baş Klinik Hospitalın Təcili tibbi yardım bölməsində yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova bildirilib ki, müasir standartlara uyğun qurulan idman zalı hərbi qulluqçuların fiziki hazırlığının və dözümlülüyünün artırılması üçün zəruri avadanlıqlarla təchiz edilib.

Daha sonra Baş Klinik Hospitalın Təcili tibbi yardım bölməsində yeni təcili yardım avtomobilləri və müasir tibbi avadanlıqlar təqdim olunub. Qeyd edilib ki, bu nəqliyyat vasitələri təxliyə olunan hərbi qulluqçulara operativ və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi üçün ən son texnologiyalarla təmin edilib.

Bildirilib ki, həyata keçirilən bu layihələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kür və Arazda təhlükə: Sululuq artır, subasma riski yaranıb

Next Article

Hörmüzdə yeni gərginlik: SEPAH üç xarici tankerin keçidinə icazə vermədi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

WUF13 Türkiyə mediasının diqqət mərkəzində

Elşən 18 May 2026 · 07:32 1128 baxış Türkiyənin aparıcı televiziya kanalları, xəbər portalları, informasiya agentlikləri və çap mediası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə geniş reportajlar yayımlayıb. Materiallarda forumun beynəlxalq əhəmiyyəti və qlobal […]

Gəncədə iri ticarət mərkəzi hərraca çıxarıldı

Aysel Əlibəyli 23 İyul 2026 · 12:51 1054 baxış Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” satış məqsədilə hərraca çıxarılıb. Elpress.az xəbər verir ki, hərrac avqustun 11-də keçiriləcək. Obyektin ilkin qiyməti 18 milyon 400 […]

Bakıda bəzi yollarda sıxlıq yaranıb

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:16 1048 baxış Paytaxtın əsas prospekt və şoselərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, səhər saatlarında […]

Himayədar ailə olmaq prosesi sadələşdirilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:36 1046 baxış Himayədar valideyn olmaq istəyənlər üçün təlim və uşağın seçilməsi mərhələləri qısaldılıb Elpress.az xəbər verir ki, Himayədar ailə modelinin tətbiqi və valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə […]