--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakıda daha bir yolda təmir işləri başlayır

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:53 1054 baxış

Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində hərəkət məhdudlaşdırıla bilər

Elpress.az xəbər verir ki, Bakının bir sıra ərazilərində yol təmiri işləri davam etdirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, hazırda Binəqədi rayonunda Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, Xəzər rayonunda Türkan–Hövsan şossesində, Suraxanı rayonunda isə Elzar Yusubov küçəsində təmir işləri aparılır.Bundan əlavə, sabah saat 09:00-dan etibarən Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində də təmirə başlanılacaq.Təmir işlərinin gedişindən asılı olaraq qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq edilə bilər. Məhdudiyyətlərin işlər yekunlaşanadək qüvvədə qalacağı bildirilib.Sürücülərə alternativ yollardan istifadə etmək və təmir işləri aparılan ərazilərdə diqqətli olmaq tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukraynada polis şöbəsində partlayış: ölən və yaralananlar var

Next Article

İrem Dericinin nişanlısı saxlanıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Subbakalavrların qəbul narazılığı

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:50 1086 baxış Ali məktəblərə imtahansız qəbul qaydaları dəyişdi: Subbakalavrlar narazıdır, DİM-dən cavab gəldi Elpress.az xəbər verir ki, Ölkədə bəzi subbakalavrlar ali təhsil müəssisələrinə qəbul qaydalarındakı son dəyişikliklərdən narazılıqlarını […]

Xaricdə gizlənən axtarışdakı şəxslər saxlanıldı

Elşən 29 Aprel 2026 · 11:04 1148 baxış Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yerləşdikləri ölkələr müəyyən edilib. Bildirilib ki, dələduzluq ittihamı ilə axtarılan şəxslərdən Binəqədi RPİ tərəfindən […]

Sabah hava 34 dərəcəyədək isinəcək

Aysel Əlibəyli 05 İyul 2026 · 19:44 1124 baxış İyulun 6-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, havanın temperaturu isə 34 dərəcəyədək yüksələcək. Elpress.az xəbər verir ki, İyulun 6-da Bakıda və […]