Şuşa şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Elpress.az xəbər verir ki, Tədbir iştirakçıları əvvəlcə şəhərin Mərkəzi meydanında, daha sonra isə Şuşa Şəhidlər Xiyabanında bir araya gəliblər.Anım mərasimində Şuşa üzrə Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin rəhbərliyi və əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və şəhər sakinləri iştirak ediblər.Mərasim zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.Şəhidlərin ruhuna dualar oxunub, onların müqəddəs xatirəsinin daim yaşayacağı vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.


