259 nömrəli məktəbdə valideynlərdən 30 manat toplanması ilə bağlı iddiaya cavab verilib
Elpress.az Oxu.az-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən 259 nömrəli tam orta məktəbdə valideynlərdən pul toplanması ilə bağlı iddia yayılıb
Məlumata görə, məktəbin 3-cü siniflərindən birinin valideyn qrupunda sinif komitəsinin sədri tərəfindən bank kartının göndərildiyi və valideynlərdən 30 manat məbləğində vəsait istənildiyi iddia olunub.
Yayılan məlumatla bağlı məktəbdə araşdırma aparılıb. Araşdırma zamanı valideynlərlə söhbət keçirilib və vəsaitin onların təşəbbüsü ilə toplandığı müəyyənləşdirilib.
Məsələ ilə bağlı sinif rəhbərinə xəbərdarlıq edilib. Valideynlərə bu cür təşəbbüslərin yolverilməz olduğu bildirilib.
Məktəbdaxili intizam qaydalarına riayət olunmasının və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyi də diqqətə çatdırılıb.


