--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Sabiq şöbə müdiri susmadı: Yayılan xəbərlərə cavab verdi

Aysel Əlibəyli 05 İyun 2026 · 20:54 1232 baxış

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli haqqında cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, barəsində yazılanların əsassız və həqiqətə uyğun olmadığını bildirib.Sabiq şöbə müdiri qeyd edib ki, onunla bağlı hər hansı cinayət işinin başlanması və ya təqsirləndirilən şəxs qismində cəlb olunması barədə məlumatlar doğru deyil. O vurğulayıb ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi yalnız məhkəmə qərarı ilə təsdiqlənə bilər.Şaiq Qənbərli əlavə edib ki, hazırda onun barəsində heç bir hüquqi proses aparılmır və yayılan iddialar ictimai rəydə yanlış təsəvvür yaratmağa yönəlib.Qeyd edək ki, onun cinayət məsuliyyətinə cəlb olunması barədə ilkin məlumatı “Bakupost.az” yayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şimali Makedoniya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Next Article

Yeni qaydanı bilməyən sürücülər daha çox cərimə ilə üzləşir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustda əlavə qeyri-iş günü olmayacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:50 1118 baxış 2026-cı ilin istehsalat təqviminə əsasən, avqust ayında əlavə qeyri-iş günü nəzərdə tutulmayıb. Elpress.az xəbər verir ki, 2026-cı il üzrə iş vaxtı norması və istehsalat təqviminə əsasən, […]

9-cu sinif təkrar imtahanlarının nəticələri açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:16 1106 baxış Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9 illik orta təhsil səviyyəsi üzrə təkrar imtahanların nəticələri artıq elan olunub. İmtahanda iştirak edən şagirdlər öz nəticələri ilə müəyyən edilmiş […]