--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Sabah yağışlı hava gözlənilir

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:43 1066 baxış

Bakıda leysan və güclü külək, rayonlarda isə dolu ehtimalı var

Elpress.az xəbər verir ki, Avqustun 31-də Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq. Yağıntının ayrı-ayrı ərazilərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir. Axşam saatlarında yağışın qısamüddətli və intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi də arabir güclənəcək.Paytaxtda temperaturun gecə 20-23, gündüz isə 24-26 dərəcə isti olacağı proqnozlaşdırılır.Ölkənin rayonlarında da bəzi yerlərdə yağış yağacaq. Ayrı-ayrı ərazilərdə leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə oluna bilər.Rayonlarda temperaturun gecə 18-23, gündüz 25-29 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 11-16, gündüz 19-24 dərəcə isti olacağı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Qarabağ” braziliyalı yarımmüdafiəçini heyətinə qatıb

Next Article

Zədələnmiş tanker Samsun sahillərində saya oturdu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sürücülük vəsiqəsi qaydaları dəyişdi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:29 1110 baxış DİN sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydalarına dəyişiklik edib Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı qaydalara dəyişiklik edib. […]

Bakı metrosunda yeni stansiyalarda liftlər quraşdırılacaq

Aysel Əlibəyli 25 İyun 2026 · 16:23 1136 baxış Bakı metrosunun inkişafında yeni mərhələ: yeni stansiyalarda liftlər, eskalatorlar və müasir infrastruktur tətbiq ediləcək Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, bakı Metropolitenində yeni stansiyaların tikintisi çərçivəsində […]