--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:28 1050 baxış

Səhiyyə Nazirliyi xəstəxana layihələrində enerji səmərəliliyi və beynəlxalq standartları nəzərə alır

Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yeni xəstəxanaların layihələndirilməsi istiqamətində işlər davam etdirilir.Səhiyyə Nazirliyinin rəsmisi Cabir Muradov bildirib ki, Böyük Qayıdış proqramına uyğun olaraq xəstəxanaların layihələndirilməsi nazirlik tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, layihələr hazırlanarkən Azərbaycan qanunvericiliyi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının standartları da nəzərə alınır.Nazirlik rəsmisi xəstəxana binalarında enerji səmərəliliyi ilə bağlı tələblərin tətbiqi, eləcə də tikintidə istifadə ediləcək izolyasiya materiallarının hansı standartlara uyğun olması məsələlərinin də diqqətdə saxlanıldığını qeyd edib.Energetika Nazirliyinin rəsmisi Cahid Mikayılov isə bildirib ki, binalarda enerji effektivliyi pasportu ilə bağlı tələb 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək. Onun sözlərinə görə, həmin tarixədək mövcud norma və standartlar əsasında tikinti davam etdiriləcək, standartlar yeniləndikcə tələblər də dəyişə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın Latviyadakı yeni səfiri etimadnaməsini təqdim edib

Next Article

Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanda olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

195E ekspres marşrutu fəaliyyətə başlayır

Aysel Əlibəyli 28 İyul 2026 · 14:04 1080 baxış Qaradağın Ələt qəsəbəsini Bayılla birləşdirən yeni ekspres avtobus xətti istifadəyə verilir Elpress.az xəbər verir ki, Sabahdan Bakıda Qaradağın Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə […]

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetlərini yekunlaşdırıb

Aysel Əlibəyli 03 İyun 2026 · 17:50 1230 baxış Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzrə danışıqlar yenidən başlayıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “X” sosial şəbəkə […]

AZAL-ın Bakı-Naxçıvan reysləri təxirə salınıb

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:02 1066 baxış İldırımlı hava şəraiti səbəbindən bəzi uçuşların vaxtı dəyişdirilib Elpress.az xəbər verir ki, Azərbaycan Hava Yollarının (AZAL) avqustun 29-na nəzərdə tutulan bir sıra Bakı-Naxçıvan-Bakı reyslərinin icrası əlverişsiz […]

Bakıda metro və avtobuslarla bağlı mühüm dəyişiklik

Aysel Əlibəyli 13 Avqust 2026 · 16:41 1064 baxış Bakıda nəqliyyatın təşkili ilə bağlı yeni dəyişikliklər ediləcək. “28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən etibarən müvəqqəti dayandırılacaq. Elpress.az xəbər verir ki, […]