--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Qəbul imtahanında 4 abituriyent maksimum – 400 bal topladı

Aysel Əlibəyli 17 İyul 2026 · 17:34 1078 baxış

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilmiş qəbul imtahanının ən yüksək nəticələrini açıqlayıb. Məlumata görə, imtahanda ümumilikdə dörd abituriyent maksimal 400 bal toplayaraq ən yüksək nəticəyə imza atıb.

Elpress.az xəbər verir ki , II ixtisas qrupu üzrə 400 bal toplayan yeganə abituriyent Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu olub. O, qəbul imtahanının birinci mərhələsində 277,3 bal toplayıb. Hər iki mərhələnin yekun nəticəsinə əsasən isə II ixtisas qrupu üzrə ən yüksək göstərici 690 bal olmaqla Sumqayıt şəhər 35 nömrəli orta məktəbin məzunu Kərimov Zamin Ramin oğluna məxsusdur.III ixtisas qrupu üzrə isə üç nəfər – Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunu Məmmədzadə Əli Musa oğlu, Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Məmmədova Aydan İxtiyar qızı və Abşeron rayonu Saray qəsəbə 1 nömrəli orta məktəbinin məzunu Mənsimli Orxan Zaur oğlu maksimum 400 bal toplayıblar.DİM-in açıqlamasına əsasən, III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni isə 689,6 bal toplayan Məmmədzadə Əli Musa oğlu göstərib.Qeyd edək ki, qəbul imtahanının birinci mərhələsində maksimum 300, ikinci mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə əldə olunan balların cəmi əsasında aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Robert Smitdən Dünya Kuboku finalındakı şouya sərt reaksiya: “Çörək və tamaşa”

Next Article

Basketbolçu ilə vidalaşdılar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda 7 küçədə işıq kəsiləcək

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 08:59 1014 baxış Yasamal rayonunda elektrik şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 20-də bir sıra ünvanlarda enerji təchizatı müvəqqəti dayandırılacaq. Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, […]

Bakıda uşaq bağçasının rəhbəri vəzifədən uzaqlaşdırılıb

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 15:59 1068 baxış Bakının 98 saylı uşaq bağçasında aparılan araşdırmanın nəticəsi üzrə müəssisənin rəhbəri ilə əmək müqaviləsinə xitam verilib. Elpress.az xəbər verir ki, araşdırma zamanı təlim-tərbiyə prosesinin təşkili, idarəetmə […]

Otman Bozdağda 12-ci püskürmə baş verib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:53 1086 baxış Palçıq vulkanında güclü alovlanma müşahidə olunub Elpress.az xəbər verir ki, Abşeron rayonu ərazisində yerləşən Otman Bozdağ palçıq vulkanında sentyabrın 26-da səhər saatlarında növbəti püskürmə qeydə alınıb. […]