--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda Ebola xəstəliyi endemik sayılmır, yayılma riski isə aşağıdır.

Aysel Əlibəyli 01 İyun 2026 · 14:41 1108 baxış

Ebola xəstəliyi Azərbaycanda endemik xəstəlik sayılmır və hazırkı şəraitdə ölkədə onun yayılma ehtimalı aşağı qiymətləndirilir.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Ebola xəstəliyi əsasən Afrika qitəsinin müəyyən ərazilərində müşahidə olunur və lokal xarakter daşıyır.Mərkəzdən verilən məlumata görə, beynəlxalq məlumatlar epidemiyanın digər bölgələrə geniş şəkildə yayılması riskinin hazırda məhdud olduğunu göstərir. Qeyd edilib ki, virus meyvə yarasaları, insanabənzər meymunlar kimi heyvanlarla, həmçinin yoluxmuş şəxslərin qanı və digər bioloji mayeləri ilə yaxın təmas nəticəsində ötürülür və gündəlik sosial əlaqələr vasitəsilə yayılmır. Bu səbəbdən əhali üçün epidemioloji təhlükənin aşağı səviyyədə olduğu vurğulanıb.Bildirilib ki, ölkədə mümkün risklərin qarşısını almaq məqsədilə epidemioloji nəzarət tədbirləri fasiləsiz davam etdirilir. Riskli ölkələrdən gələn və ya yoluxmuş şəxslərlə təmasda olmuş insanlar tibbi müşahidəyə cəlb edilir. Xəstəliyə şübhə yarandıqda isə laborator analizlərin aparılması üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində lazımi laborator imkanlar və test sistemləri mövcuddur.Həmçinin qeyd olunub ki, hazırkı vəziyyətdə əhali üçün əlavə məhdudiyyətlərin tətbiqinə və ya xüsusi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Vətəndaşlara beynəlxalq səfərlər zamanı gigiyena qaydalarına əməl etmək və rəsmi məlumat mənbələrini izləmək tövsiyə edilir.Nazirlik vəziyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində davamlı nəzarətdə saxlayır və zərurət yaranacağı təqdirdə ictimaiyyətə operativ məlumat veriləcəyini bildirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ebola xəstəliyindən sağalan 5 nəfərin vəziyyəti ÜST tərəfindən mühüm irəliləyiş kimi dəyərləndirilib.

Next Article

1 İyun tədbiri çərçivəsində Xankəndidə 310 uşağın sağlamlıq vəziyyəti həkimlər tərəfindən yoxlanıldı.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gənc müğənni dənizdə boğularaq ölüb

Aysel Əlibəyli 12 Avqust 2026 · 15:13 1032 baxış “Krosna” qrupunun solisti Seymur Allahverdiyevin meyiti Buzovnada aşkarlanıb Elpress.az xəbər verir ki, “Krosna” musiqi qrupunun solisti Seymur Allahverdiyev dünyasını dəyişib.1996-cı il təvəllüdlü ifaçının meyiti Xəzər rayonunun […]

FHN bir həftədə 46 can xilas etdi!

Aysel Əlibəyli 15 İyun 2026 · 11:43 1090 baxış FHN qüvvələri ötən həftə daxil olan müraciətlər üzrə 494 yanğın, 38 köməksiz vəziyyət və 2 yol qəzası zamanı operativ xilasetmə əməliyyatları keçirib. Vətəndaşların təhlükəsizliyinin keşiyində dayanan […]

Ağdamda genişmiqyaslı yanğın başladı

Aysel Əlibəyli 08 İyul 2026 · 15:07 1087 baxış Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində açıq sahədə yanğın baş verib. Elpress.az xəbər verir ki, Yanğın Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yerləşən […]