--:--:-- | 27 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakıda Formula 1 küçələrində hərəkət bərpa olunub

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 16:23 1010 baxış

Qran-pridən sonra mərkəzi küçələr sürücülərin istifadəsinə verilib

Elpress.az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-prisi 2026 başa çatdıqdan sonra Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti mərhələli şəkildə bərpa olunub.Yarışın yekunlaşmasının ardından şəhər halqasının infrastrukturu və Azneft dairəsində quraşdırılmış tribunaların sökülməsi işlərinə başlanılıb. İşlərin aparılması ilə yanaşı, mərkəzi küçələr də nəqliyyatın istifadəsinə qaytarılıb.Yarış marşrutunun bəzi hissələrində tətbiq olunan məhdudiyyətlər bu gün saat 00:00-dan etibarən aradan qaldırılıb. Saat 12:30-dan etibarən isə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, digər yollarda hərəkət tam bərpa edilib.Qeyd olunub ki, Qran-pri həftəsində şəhərin mərkəzində nəqliyyatın daha rahat təşkili üçün əlavə tranzit imkanları yaradılıb. Səhər və axşam saatlarında əsas istiqamətlər üzrə müəyyən dəhlizlər açıq saxlanılaraq sürücülərin və şəhər sakinlərinin hərəkəti asanlaşdırılıb.2026-cı ildə nəqliyyat imkanlarının daha da genişləndirilməsi məqsədilə ilk dəfə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hindistanda leysan yağışlar 56 nəfərin həyatına son qoyub

Next Article

Aİ-nin 18 ölkəsi miqrasiyaya qarşı plan razılaşdırıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“BakuBus” qadın sürücüləri işə qəbul edəcək

Aysel Əlibəyli 26 İyul 2026 · 21:11 1070 baxış “BakuBus” qadın sürücülərin ictimai nəqliyyat sahəsinə cəlb olunması üçün yeni vakansiya elan edib. Elpress.az xəbər verir ki, “BakuBus” MMC ictimai nəqliyyatda gender bərabərliyinin təşviqi və inklüziv […]

Şamaxıda Barbekü Festivalına start verildi

Aysel Əlibəyli 13 İyun 2026 · 23:52 1112 baxış Şamaxının Meysəri kəndində Barbekü Festivalının ilk günü rəngarəng tədbirlər və kulinariya təqdimatları ilə yadda qalıb. Elpress.az xəbər verir ki, iki gün davam edəcək festival yerli və […]

Sabahdan WUF13 zolaqlarına girən sürücülər cərimələnəcək

Aysel Əlibəyli 14 May 2026 · 18:19 1120 baxış WUF13 tədbiri ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına sabahdan daxil olan sürücülərə cərimə tətbiq ediləcək. Elpress.az-ın Marja.az-a istinadən verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma […]

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Elşən 18 May 2026 · 10:19 1109 baxış Müasir dövrdə şəhərlərin üzləşdiyi problemlər dayanıqlı inkişaf məsələsini daha vacib edir. Belə beynəlxalq tədbirlər isə ölkələr və şəhərlər arasında təcrübə və bilik paylaşımını gücləndirən mühüm platforma rolunu […]