--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ukrayna Aİ-dən 6,6 milyard avroluq hərbi yardım istəyir

Aysel Əlibəyli 01 İyul 2026 · 13:09 1084 baxış

Kiyevdən Brüsselə yeni müraciət: Ukrayna müdafiə xərcləri üçün milyardlarla avro tələb edir

Elpress.az-ın məlumatına əsasən, Ukrayna Avropa İttifaqından (Aİ) müdafiə ehtiyacları üçün 6,6 milyard avro həcmində hərbi dəstək tələb edib.Məlumata görə, Kiyev bu müraciəti Avropa Sülh Fondu vasitəsilə hərbi yardımın maliyyələşdirilməsi məqsədilə edib. Ukraynanın müdafiə naziri Mixaylo Fedorov tərəfindən göndərilən məktubda ölkənin artan müdafiə xərcləri ilə bağlı ehtiyaclar qeyd olunub.Bildirilib ki, Ukrayna büdcəsi ümumi həcmi 136 milyard avro olan müdafiə xərclərinin yalnız 53 milyard avroluq hissəsini qarşılaya bilir. Bu səbəbdən Avropa tərəfdaşlarından əlavə maliyyə dəstəyi istənilir.Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə Ukraynaya dronların alınması üçün nəzərdə tutulan 6 milyard avroluq yardım paketinin köçürülməsinə başlanıldığını açıqlayıb. Onun sözlərinə görə, bu vəsaitin ilk 3,9 milyard avroluq hissəsi artıq ayrılıb.Ukraynanın yeni maliyyə tələbi Avropa İttifaqının Kiyevə hərbi və maliyyə dəstəyinin davam etdirilməsi istiqamətində müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” açıldı

Next Article

FHN Gəncədə ticarət mərkəzində yanğın təlimi keçirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:39 1054 baxış Ermənistanın sabiq prezidenti yüksək təzyiq səbəbilə xəstəxanaya yerləşdirilmişdi Elpress.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb.Məlumata görə, Köçəryan ötən gün saxlanıldıqdan […]