--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

FHN Gəncədə ticarət mərkəzində yanğın təlimi keçirdi

Aysel Əlibəyli 01 İyul 2026 · 13:14 1094 baxış

Fövqəladə vəziyyətə hazırlıq: Gəncədə ticarət mərkəzində genişmiqyaslı yanğın təlimi keçirildi

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yerləşən ticarət mərkəzlərindən birində yanğın təhlükəsizliyi ilə bağlı xüsusi təlim keçirib.Yeni Gəncə yaşayış massivində yerləşən “Nəhəng Daş” ticarət mərkəzində təşkil olunan yanğın-taktiki təlim “Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsi” mövzusuna həsr olunub.Təlimin əsas məqsədi ticarət obyektlərində yanğın baş verdiyi halda FHN bölmələrinin çevik fəaliyyətini və qarşılıqlı koordinasiyasını təkmilləşdirmək, şəxsi heyətin peşəkar hazırlığını artırmaq, həmçinin obyekt əməkdaşlarının fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə biliklərini gücləndirmək olub.Təlim zamanı şərti yanğın hadisəsi yaradılıb. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bölmələri hadisə yerinə operativ şəkildə cəlb olunaraq kəşfiyyat işləri aparıb və “yanğının söndürülməsi” əməliyyatını həyata keçirib.Təlimdə ümumilikdə 40 nəfər şəxsi heyət və 4 xüsusi texnika iştirak edib.Tədbirin sonunda keçirilmiş təlimin nəticələri təhlil olunub, əldə olunan təcrübə müzakirə edilib və gələcək fəaliyyətlə bağlı müvafiq tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Aİ-dən 6,6 milyard avroluq hərbi yardım istəyir

Next Article

Avropa Komissiyasının Prezidenti Azərbaycana işgüzar səfər edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzərdə 3,9 bal gücündə zəlzələ baş verib

Elşən 04 İyun 2026 · 08:01 1168 baxış Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Elpress.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Məlumata əsasən, yerli […]

Tatarıstanda təlim təyyarəsi qəzaya uğrayıb

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:18 1046 baxış “Cessna 172” televiziya qülləsinə çırpılıb, kursant və təlimatçı ölüb Elpress.az xəbər verir ki, Rusiyanın Tatarıstan Respublikasında yüngül mühərrikli “Cessna 172” tipli təyyarə qəzaya uğrayıb.Hadisə təlim uçuşu […]

Şıxov çimərliyində iki qadın dənizdə boğulub

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:34 1088 baxış Bakıda bədbəxt hadisə: Şıxov çimərliyində dənizdə batan iki qadının meyiti sudan çıxarılıb Elpress.az xəbər verir ki, Bakının Şıxov çimərliyində iki nəfərin boğulması ilə nəticələnən bədbəxt hadisə […]

Odessadakı gəmidən 10 azərbaycanlı təxliyə olundu

Aysel Əlibəyli 16 İyul 2026 · 18:01 1068 baxış Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalan “Atlas Bey” mülki ticarət gəmisinin heyətində olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində tədbirlər davam edir. Elpress.az xəbər verir ki, […]