--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İran və Misir XİN rəhbərləri regiondakı gərginliyi müzakirə edib

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:49 1068 baxış

Nazirlər diplomatik danışıqlara qayıdış və regional sabitliyin təmin olunması yollarını nəzərdən keçirib

Elpress.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Misirin xarici işlər naziri Bədr Əbdüləti arasında telefon danışığı baş tutub.İran Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər regionda mövcud vəziyyəti və gərginliyin azaldılması istiqamətində görülən tədbirləri müzakirə ediblər. Söhbət zamanı diplomatik prosesə qayıdış imkanları da nəzərdən keçirilib.Nazirlər Oman və İran arasında aparılan danışıqlar, həmçinin ABŞ və İran arasında hərtərəfli və davamlı razılaşmanın əldə olunmasına yönəlmiş anlaşma memorandumunun icrası barədə fikir mübadiləsi aparıblar.Bədr Əbdüləti regionda təhlükəsizlik və sabitliyin bərpasına imkan verəcək diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, beynəlxalq gəmiçiliyin sərbəstliyinin qorunmasının, Körfəz ölkələrinin təhlükəsizliyinə hörmət edilməsinin və region xalqlarının maraqlarının nəzərə alınmasının əhəmiyyətini qeyd edib.Abbas Əraqçi isə regionda baş verən son hadisələr və danışıqlar prosesində yaranan çətinliklərlə bağlı mövqeyini qarşı tərəflə bölüşüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Manuel Noyer Almaniya futbolunun rekordçusu olub

Next Article

“Sabah” – “Hapoel” matçının hakimləri açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rekordlar artıq təkcə qırılmır — məhv olur 🌡️

Aysel Əlibəyli 27 May 2026 · 14:50 1126 baxış istilik dalğalarının sərtləşməsi fonunda niyə temperatur rekordları artıq sadəcə qırılmır, həm də əvvəlkindən daha kəskin şəkildə məhv olur? Elpress.az-ın məlumatına əsasən, Hazırda Qərbi Avropa demək olar […]

İran İsrailə ultimatum verdi: Livandan tezliklə çıxın

Aysel Əlibəyli 28 İyun 2026 · 17:47 1156 baxış Elpress.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə Livan parlamentinin spikeri Nəbih Berri arasında telefon danışığı baş tutub. Tərəflər bölgədəki son vəziyyəti, xüsusilə […]