--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” açıldı

Aysel Əlibəyli 01 İyul 2026 · 13:04 1120 baxış

Səfərlər daha maraqlı olacaq: ADY vağzalda pulsuz kitab layihəsinə başladı

Bakı Dəmiryol Vağzalında sərnişinlərin asudə vaxtını daha səmərəli keçirməsi məqsədilə yeni sosial-mədəni layihəyə start verilib.“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən həyata keçirilən “Kitab Dayanacağı” layihəsi sərnişinlərin gözləmə və səfər müddətini daha maraqlı və faydalı etmək məqsədi daşıyır.Layihə çərçivəsində Bakı Dəmiryol Vağzalının gözləmə zalında müxtəlif dillərdə və janrlarda kitabların təqdim olunduğu xüsusi bölmə yaradılıb. Sərnişinlər burada olan kitablardan qeydiyyat və ödəniş tələb olunmadan istifadə edə bilərlər.Oxucular seçdikləri kitabları gözləmə zalında və ya səfər zamanı oxuya, daha sonra isə digər sərnişinlərin də yararlanması üçün onları yenidən “Kitab Dayanacağı”na və ya qatar bələdçisinə təhvil verə bilərlər.ADY vətəndaşları da layihəyə qoşulmağa və oxuduqları, tövsiyə etdikləri kitabları paylaşmağa çağırıb. Bunun üçün kitabları Bakı Dəmiryol Vağzalındakı Məlumat Mərkəzinə təqdim etmək və ya qurumla əlaqə saxlamaq mümkündür.Qurum bildirib ki, “Kitab Dayanacağı” hər kəs üçün açıq olan bir təşəbbüsdür və kitabların qorunması, növbəti oxucular üçün saxlanılması vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AFFA rəsmisinə UEFA-dan yeni təyinat

Next Article

Ukrayna Aİ-dən 6,6 milyard avroluq hərbi yardım istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ana dili milli kimliyin əsas dayağıdır

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:09 1056 baxış Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir Elpress.az xəbər verir ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətdə düzgün istifadəsinin təmin olunması dövlət siyasətinin […]