--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Trampdan İrana xəbərdarlıq: Zərbə bir saat ərzində endirilə bilər

Aysel Əlibəyli 03 Noyabr 2026 · 09:51 1030 baxış

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə əlaqələndirilən Pikaks dağına mümkün hücum barədə danışıb. O, belə bir əməliyyatın cəmi bir saat ərzində həyata keçirilə biləcəyini bildirib.

Elpress.az xəbər verir ki, Tramp bu fikirləri “Fox News” telekanalına müsahibəsində səsləndirib.

ABŞ lideri daha əvvəl “Gecəyarısı çəkici” əməliyyatı ilə İranın nüvə obyektlərinə zərbələr endirildiyini xatırladıb. O, mümkün növbəti hədəf kimi Pikaks dağını göstərərək bunun mürəkkəb əməliyyat olmayacağını iddia edib.

Tramp Tehranın nüvə silahına sahib olmasını qəbuledilməz hesab etdiyini vurğulayıb. Bununla yanaşı, Vaşinqtonun İranla müharibə aparmadığını, danışıqların davam etdiyini bildirib. Onun sözlərinə görə, hazırkı danışıqlarda İran əlverişsiz mövqedədir.

Qeyd edək ki, Pikaks dağı İranın nüvə proqramı ilə əlaqələndirilən, yeraltı infrastrukturun yerləşdiyi ehtimal olunan ərazilərdən biri kimi gündəmə gəlib. Tehran həmin ərazidə nüvə fəaliyyəti ilə bağlı iddiaları rədd edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Halloween şirniyyatlarından iynə və mismarlar tapıldı – valideynlərə xəbərdarlıq

Next Article

FHN-də iki regional mərkəzin rəhbərliyi dəyişdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Suriya İsraillə saziş istəyir

Aysel Əlibəyli 27 İyul 2026 · 12:18 1116 baxış Suriya İsraillə təhlükəsizlik sazişi əldə etməyə çalışdığını açıqlayıb Elpress.az xəbər verir ki, Suriya Prezidenti Əhməd əl-Şaraa bildirib ki, ölkəsi bir neçə dövlətin iştirakı ilə İsraillə təhlükəsizlik […]

İranda uçuşlara qoyulan qadağa götürüldü

Aysel Əlibəyli 08 İyun 2026 · 21:08 1140 baxış İran hava məkanında tətbiq olunan bütün məhdudiyyətlər aradan qaldırılıb və aviasiya fəaliyyəti mərhələli şəkildə bərpa olunur. Elpress.az xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının yaydığı məlumata […]

Paşinyan Nyu-Yorkda velosiped sürdü – 36 kilometr yol qət etdi

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 08:44 1110 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. Elpress.az xəbər verir ki, Paşinyan səfər çərçivəsində şəhərin küçələrində velosiped sürərək […]