Misli Premyer Liqasının qarşıdakı oyunları Azərbaycanın tarixi qələbəsinin ildönümünə həsr olunacaq.
Elpress.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) 6-8 noyabr tarixlərində baş tutacaq çempionatın XI turunu “Zəfər turu” elan edib.
Qərar Vətən müharibəsində əldə olunan tarixi Qələbənin 6-cı ildönümü ilə əlaqədar qəbul edilib. Bu münasibətlə turun bütün qarşılaşmalarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.
PFL-in rəsmi saytında yer alan məlumata əsasən, XI turun oyunları üç gün ərzində keçiriləcək.


