Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında elektrik naqilləri yanıb.
Elpress.az xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində yerləşən 16 mərtəbəli binada qeydə alınıb. Yanğın binanın şaxtasındakı elektrik naqillərində başlayıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovun yayılmasının qarşısını alaraq yanğını qısa müddətdə söndürüblər. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub.
Hadisə nəticəsində şaxtadakı elektrik naqilləri və zirzəmidə yerləşən elektrik lövhəsi yanıb


