Bakıda keçirilən beynəlxalq daşınmaz əmlak sərgisi Prezidentin də diqqətini çəkib.
Elpress.az xəbər verir ki, noyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində təşkil olunan “AIREX 2026” sərgisini ziyarət ediblər.
Söhbət Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisindən gedir. Tədbir ölkənin daşınmaz əmlak sektorunu beynəlxalq platformada təqdim edən sərgi kimi təşkil olunub.
Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, dövlət başçısı və ailə üzvləri sərgi ilə yerində tanış olublar.


