Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti sınağına çıxacaq.
Elpress.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Norveçdə “Vikinq”in qonağı olacaq. Stavanger şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçın baş hakimi niderlandlı Sander van der Eyk olacaq.
“Sabah” turnirdə indiyədək “Mançester Yunayted”ə 0:4, Dortmund “Borussiya”sına 1:2 hesabı ilə uduzub, “Slaviya”nı isə 2:0 hesabı ilə məğlub edib.
Norveç klubu əvvəlki oyunlarında “Aston Villa” və “Ştutqart”a 1:3 hesabı ilə yenilib, “Bavariya” ilə isə 3:3 hesablı heç-heçə edib.


