Abşeron yarımadası da daxil olmaqla, ölkənin bir sıra ərazilərində duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb.
Elpress.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edərək ehtiyatlı olmağa çağırıb.
Qurumun xəbərdarlığına görə, xüsusilə səhər və axşam saatlarında duman sürücülərin görmə imkanlarını zəiflədir və zəncirvari toqquşmalar da daxil olmaqla, ağır qəzaların başvermə riskini artırır.
Sürücülərə sürəti hava şəraitinə uyğun tənzimləmək, ara məsafəsini artırmaq, avtomobilin işıq cihazlarının sazlığını yoxlamaq, ötmə və manevrlər zamanı diqqətli olmaq tövsiyə edilib. Piyadalardan isə yolu keçərkən və hərəkət hissəsinə yaxınlaşarkən daha ehtiyatlı davranmaları istənilib.


