Narkotik maddələrlə bağlı istintaq çərçivəsində həbs edilən türkiyəli müğənni İlyas Yalçıntaş məhkəmənin qərarı ilə azadlığa çıxıb.
Elpress.az xəbər verir ki, məhkəmənin ilk iclasında qəbul edilən aralıq qərara əsasən, müğənninin məhkəmə prosesi azadlıqda davam edəcək.
Qeyd edək ki, İlyas Yalçıntaş bu il iyulun 14-də həbs edilmişdi. Beləliklə, o, təxminən üç ay sonra azadlığa buraxılıb.


