Novxanı qəsəbəsindəki dəbdəbəli malikanənin sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) barəsində həbs qətimkan tədbiri seçilib.
Elpress.az xəbər verir ki, 66 yaşlı Bəxtiyar Dali özünə məxsus bağ evində bir qıza qarşı zorlamaya cəhddə ittiham olunur.
İstintaq çərçivəsində ona Cinayət Məcəlləsinin 29.149-cu maddəsi ilə ittiham irəli sürülüb. Hazırda o, Şüvəlan qəsəbəsində yerləşən istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün əvvəlki açıqlamalarında hərbi mühəndis olduğunu bildirib.


