Buzovna dairəsinin altındakı yol qovşağında təmizlik işləri ilə əlaqədar avtomobillərin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Elpress.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı–Bilgəh avtomobil yolunun həmin hissəsində bu gün saat 12:00-dan etibarən 90 kvadratmetrlik nasosxana anbarının təmizlənməsinə başlanılacaq.
İşlər davam etdiyi müddətdə yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq.
Sürücülərə yol nişanlarının tələblərinə əməl etmək və ərazidən keçərkən diqqətli olmaq tövsiyə edilir.


