--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Aleksey Kaşuk Ukrayna millisindən dəvət aldı

Aysel Əlibəyli 04 Noyabr 2026 · 15:07 1040 baxış

“Qarabağ”ın hücumçusu Aleksey Kaşuk karyerasında yeni mərhələyə qədəm qoyub. 26 yaşlı futbolçu ilk dəfə Ukraynanın əsas milli komandasının heyətinə cəlb edilib.

Elpress.az xəbər verir ki, baş məşqçi Andrea Maldere UEFA Millətlər Liqasının noyabr qarşılaşmaları üçün 25 futbolçudan ibarət heyəti açıqlayıb. Ağdam təmsilçisinin üzvü də siyahıda yer alıb.

Kaşuk bundan əvvəl Ukraynanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib. O, U-21 komandasında 13 oyuna qatılıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun milliyə dəvət almasında “Qarabağ”dakı çıxışı da diqqət çəkir. O, cari mövsümdə bütün turnirlər üzrə 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ukrayna millisi noyabrın 14-də Şimali İrlandiya, ayın 17-də isə Gürcüstan yığması ilə qarşılaşacaq. Bu oyunlar Kaşuka əsas milli komandada debüt etmək imkanı yarada bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Premyer Liqada XI tur “Zəfər turu” adı ilə keçiriləcək

Next Article

16 ildir vəzifədə olan direktor işdən çıxarıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi mükafat

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 20:54 1092 baxış Peşəkar Futbol Liqası Azərbaycan çempionatlarında 1000 oyun həddinə çatan iki klubu xatirə hədiyyələri ilə təltif edib. Elpress.az xəbər verir ki, mükafatlar Premyer Liqanın VIII turunda keçirilən […]

UEFA Superkuboku 2028-ci ildə Astanada keçiriləcək

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:15 1102 baxış UEFA əsas klub turnirlərinin 2028 və 2029-cu illərdəki finallarının keçiriləcəyi stadionları açıqlayıb Elpress.az xəbər verir ki, UEFA 2028 və 2029-cu illərdə əsas klub turnirlərinin finallarına, həmçinin […]

Azərbaycan voleybolçuları Latviyada bürünc medal qazandı

Aysel Əlibəyli 12 İyul 2026 · 21:56 1162 baxış Azərbaycanın 20 yaşadək çimərlik voleybolu üzrə oğlanlardan ibarət komandası Latviyada keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edərək mükafatçılar sırasında yer alıb. Elpress.az xəbər verir ki , Latviyanın […]