Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.
Elpress.az xəbər verir ki, Paşinyan səfər çərçivəsində şəhərin küçələrində velosiped sürərək 36 kilometr məsafə qət edib.Ermənistan hökumət başçısı velosiped gəzintisi zamanı çəkilən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Paşinyan paylaşımında günə Nyu-Yorkda 36 kilometrlik velosiped yürüşü ilə başladığını qeyd edib.


