Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması üçün 2027-ci ildə dövlət büdcəsindən 434 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Elpress.az xəbər verir ki, bu məbləğ “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan büdcə layihəsində yer alıb.


