Goranboy rayonunda baş verən ağır yol qəzası ölümlə nəticələnib.
Elpress.az xəbər verir ki, hadisə Todan kəndi ərazisində qeydə alınıb. “Lada Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi təxminən 150 metr hündürlükdən dərəyə aşıb.
Qəza zamanı avtomobildə olan sərnişin R. Həsənəliyeva hadisə yerində dünyasını dəyişib.
Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.


