Səhiyyə Nazirliyinin tabeliyindəki Rəqəmsal Səhiyyə Mərkəzində rəhbər dəyişikliyi baş verib.
Elpress.az xəbər verir ki, qurumun baş direktoru Cəbrayıl Tofiq oğlu Əsədzadə vəzifəsindən azad edilib. Bu barədə Qaynarinfo məlumat yayıb.
Bildirilib ki, müvafiq əmri səhiyyə naziri Anar Bayramov imzalayıb. Hələlik direktorun səlahiyyətlərinin müavini Elşad Elbaris oğlu Ömərova həvalə olunduğu qeyd edilir.
Xatırladaq ki, qurum 2010-cu ildə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi adı ilə yaradılıb. 2025-ci ildə isə fəaliyyət istiqamətlərinin yenilənməsi çərçivəsində Rəqəmsal Səhiyyə Mərkəzi adlandırılıb.
Cəbrayıl Əsədzadə mərkəz təsis olunduğu vaxtdan rəhbər vəzifəsində çalışırdı.


