Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə yeni rəis təyin olunub.
Elpress.az xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Ramin Orucov bu vəzifəyə gətirilib.
Ramin Orucov yeni təyinatadək FHN-in Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Gəncə Regional Mərkəzinin əvvəlki rəhbəri Rövşən Nəbiyev isə Qəbələ Regional Mərkəzinin rəisi təyin edilib.


