--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Zelenski Uitkoff və Kuşnerlə Kiyevdə görüşür

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:45 1058 baxış

Trampın xüsusi nümayəndələri Ukrayna Prezidenti ilə danışıqlar aparmaq üçün Kiyevə gediblər

Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kiyevdə görüş keçirir.ABŞ nümayəndələri Ukraynanın paytaxtına qatarla gəliblər. Onları dəmir yolu stansiyasında Ukraynanın yüksəkvəzifəli rəsmiləri qarşılayıblar. Qarşılayanlar arasında Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov və parlamentdə hakim fraksiyanın rəhbəri David Araxamiya da olub.Zelenski görüşdən əvvəl bildirib ki, amerikalı nümayəndələrin Ukraynaya təyyarə ilə gəlməsi üçün hava limanları hazır vəziyyətə gətirilsə də, Rusiyanın hava zərbələri səbəbindən bu variant mümkün olmayıb.Gün ərzində Zelenskinin Uitkoff və Kuşnerlə müxtəlif məsələlər ətrafında danışıqlar aparacağı gözlənilir.Qeyd edək ki, ABŞ nümayəndələri Kiyevə səfərindən əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub

Next Article

Tibetdə torpaq sürüşməsi: ölənlərin sayı 43-ə çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ərdoğan Trampın Ukrayna ilə bağlı təşəbbüsünə dəstək verdi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:22 1146 baxış Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ABŞ Prezidenti Donald Trumpın Ukraynadakı münaqişənin həllinə dair yanaşmasını dəstəklədiyini bəyan edib. Elpress.az məlumat verir ki, Rəcəb Tayyib Ərdoğan bu fikirləri […]

Zelenski Sırskinin istefasını nəzərdən keçirir

Aysel Əlibəyli 18 İyul 2026 · 15:49 1122 baxış Zelenski Ukrayna ordusunun baş komandanını vəzifədən uzaqlaşdıra bilər Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskinin vəzifədən kənarlaşdırılmasını nəzərdən keçirdiyi […]