--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Rusiya ordusunun Dneprə hücumu can aldı: yaralılar var

Aysel Əlibəyli 29 İyun 2026 · 13:39 1158 baxış

Elpress.az “UNIAN”a istinadən xəbər verir ki, Rusiya ordusu səhər saatlarında Ukraynanın Dnepr şəhərinə ballistik raketlə zərbə endirib.

Məlumata görə, hücum nəticəsində azı 4 nəfər həyatını itirib, daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Aleksandr Qanja məlumat verib. Onun sözlərinə görə, yaralılar dərhal xəstəxanalara çatdırılıb və onlara zəruri tibbi yardım göstərilir.

Hazırda raket hücumunun yaratdığı dağıntıların miqyası və dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları və xilasedicilər fəaliyyətlərini davam etdirirlər.

Qeyd edək ki, son aylarda Ukraynanın müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə hücumların intensivləşməsi nəticəsində mülki infrastruktur və yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qızılca epidemiyası can almaqda davam edir: ölən uşaqların sayı 700-ü keçdi

Next Article

Paytaxt və Sumqayıtda qurbağa axını: mütəxəssislər səbəbi açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ Şərqi Sakit okeanda şübhəli gəmini vurdu

Elşən 25 Aprel 2026 · 07:01 1123 baxış ABŞ Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu güman edilən bir gəmiyə zərbə endirildiyini açıqlayıb. Qurumun bildirdiyinə görə, kəşfiyyat məlumatları həmin gəminin regionda məşhur qaçaqmalçılıq marşrutları […]

Ebola: ABŞ-dən diqqətçəkən məlumat

Aysel Əlibəyli 07 İyun 2026 · 14:00 1106 baxış ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Mərkəzi Afrikada sürətlə yayılan Ebola epidemiyası ilə bağlı narahatlıq doğuran ciddi xəbərdarlıq yayıb, virusun yayılma riskinin artdığı və beynəlxalq […]