--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Tramp üçtərəfli müdafiə sazişini alqışladı

Aysel Əlibəyli 17 Avqust 2026 · 11:06 1054 baxış

ABŞ prezidenti Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan razılaşmanı mühüm addım adlandırıb

Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan üçtərəfli müdafiə sazişinə münasibət bildirib.Tramp sosial media hesabında yayımladığı açıqlamada üç ölkənin birgə müdafiə haqqında Məkkə sazişi imzalamasından məmnunluğunu ifadə edib. O, razılaşmanın Yaxın Şərqdə ölkələr arasında əməkdaşlığın güclənməsini və onların təhlükəsizlik imkanlarını daha səmərəli şəkildə artırmasını nümayiş etdirdiyini qeyd edib.ABŞ lideri sazişin imzalanmasında iştirak edən üç ölkənin rəhbərliyini təbrik edib və razılaşmanı mühüm, cəsarətli və böyük bir ilk addım kimi qiymətləndirib.Qeyd edək ki, üçtərəfli müdafiə sazişi avqustun 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində imzalanıb. Sənədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif imza atıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycandan neft koksu ixracı 34 faizdən çox artıb

Next Article

İlham Əliyev Ukraynanın sabiq prezidenti ilə görüşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran ABŞ-a və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:37 1082 baxış Tehran ABŞ-ın yeni hücumu halında regiondakı hərbi bazaların hədəfə alınacağını bildirib Elpress.az xəbər verir ki, İran ABŞ-a və Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib.“Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının bəyanatında […]

Tramp sevdiyi mahnının müəllifini yad etdi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:30 1096 baxış ABŞ Prezidenti Donald Tramp vəfat edən məşhur musiqiçi və “Y.M.C.A.” hitinin müəllifi Viktor Uillisin xatirəsinə həsr olunmuş paylaşım edib. Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald […]

Çində yük gəmisində yanğın: 20 nəfər ölüb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:45 1026 baxış Çindao limanında təmirə dayanan xarici bayraqlı gəmidə baş verən yanğın ağır itkilərə səbəb olub Elpress.az xəbər verir ki, Çinin Çindao şəhərində yerləşən “Beyhay” gəmiqayırma zavodunda təmirə […]

Bu gün dünyada Sülh Günü qeyd edilir

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 08:15 1086 baxış Elpress.az xəbər verir ki, bu gün – 21 sentyabr tarixi bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Beynəlxalq Sülh Günü ilk dəfə 1981-ci ildə BMT […]