--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Norveçdə hotellər və hava limanlarında tətil genişlənir

Elşən 18 May 2026 · 14:28 1177 baxış

Fellesforbundet tərəfindən təşkil olunan tətil Norveçin əsas hava limanlarında fəaliyyətə təsirini artıraraq davam edir. Bazar ertəsindən etibarən Oslo Airport Gardermoen, Bergen Airport Flesland, Stavanger Airport Sola, Trondheim Airport Værnes, Sandefjord Airport Torp və Kristiansand Airport Kjevik hava limanlarında çalışan iaşə personalı da aksiyaya qoşulub.

Hazırda tətil aksiyası 331 şirkəti əhatə edir və iştirakçıların sayı 4400 nəfəri keçib. Məhdudiyyətlər sırasında Select Service Partner, bir neçə Radisson Hotels müəssisəsi və Quality Hotel Pond də yer alır.

Həmkarlar ittifaqı bildirir ki, vəziyyətin gərginləşməsinin əsas səbəbi NHO Reiseliv ilə aparılan danışıqlarda nəticənin əldə olunmamasıdır. Mübahisənin mərkəzində işçilərə xəstəlik məzuniyyəti, valideynlik ödənişləri və digər sosial müavinətlərin əvvəlcədən verilməsi, həmçinin maaş artımı məsələləri dayanır.

İşəgötürən tərəfi isə hesab edir ki, belə sosial ödənişlər dövlətin öhdəliyində qalmalıdır. Onların fikrincə, bu tələblərin qəbul edilməsi xüsusilə kiçik biznes subyektlərinə ciddi maliyyə yükü yarada bilər.

Tərəflərin çərşənbə axşamı dövlət vasitəçisi Mats Ruland ilə yenidən danışıqlar aparacağı gözlənilir. Məqsəd artıq bir aya yaxın davam edən tətilə son qoyacaq kompromis əldə etməkdir.\\Azərtac

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakıda açıldı

Next Article

Emin Əmrullayev Dünya Təhsil Forumunda iştirak edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-də 100-ə yaxın pişiyi oğurlayan qadın həbs olundu

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:00 1064 baxış ABŞ-də qeyri-adi hadisə: 100-ə yaxın pişiyi evində antisanitar şəraitdə saxlayan 77 yaşlı qadın saxlanılıb Elpress.az xəbər verir ki, ABŞ-də 77 yaşlı Geyl Custino evində antisanitar şəraitdə […]

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub

Aysel Əlibəyli 18 Avqust 2026 · 10:59 1064 baxış Hücumlar nəticəsində 5 mindən çox sakin və 46 sosial obyekt elektrik enerjisiz qalıb Elpress.az xəbər verir ki, Ukraynaya məxsus dronların Rusiyanın Moskva vilayətinə kütləvi hücumu nəticəsində […]

NATO rəhbəri Aİ-nin Ukrayna ilə bağlı qərarını dəstəkləyib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:58 1040 baxış Mark Rütte: Yeni maliyyələşmə Ukraynanın hava məkanının müdafiəsini gücləndirəcək Elpress.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına üzv ölkələrin Ukraynanın “Patriot” hava hücumundan […]