--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

NATO rəhbəri Aİ-nin Ukrayna ilə bağlı qərarını dəstəkləyib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:58 1060 baxış

Mark Rütte: Yeni maliyyələşmə Ukraynanın hava məkanının müdafiəsini gücləndirəcək

Elpress.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına üzv ölkələrin Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün zəruri məhsulların alınmasına imkan verən xüsusi istisna ilə bağlı razılaşmasını alqışlayıb.Rütte bildirib ki, əldə olunan razılaşma Ukraynanın hava hücumlarından müdafiə imkanlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə birlikdə qərarı müsbət qiymətləndirdiyini qeyd edib.NATO rəhbərinin sözlərinə görə, Ukraynaya ayrılması nəzərdə tutulan əlavə 3,5 milyard dollarlıq maliyyə ölkənin hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasına şərait yaradacaq.Rütte həmçinin bildirib ki, son bir il ərzində NATO müttəfiqləri PURL təşəbbüsü və ABŞ-ın Xarici Hərbi Satışlar proqramı çərçivəsində Ukraynaya 10 milyard dollardan çox vəsait ayırıblar.Baş katib NATO və Aİ-nin Ukraynaya dəstəyin davam etdirilməsi istiqamətində əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanda sentyabr pensiyaları ödənilib

Next Article

Turizm şirkətinin rəhbəri dələduzluqda ittiham olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kim Çen In Çinə səfər edib

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 12:43 1048 baxış Şimali Koreya lideri Kim Çen Inin Çinə səfər etdiyi barədə məlumat yayılıb. Elpress.az xəbər verir ki, Cənubi Koreyanın “Yonhap” agentliyi bu barədə öz mənbələrinə istinadən məlumat […]

Çindəki nəhəng bənd Yerin fırlanmasına təsir edib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 17:21 1080 baxış Çində yerləşən Üç Boğaz Bəndinin yaratdığı su anbarında toplanan nəhəng su kütləsinin Yerin fırlanmasına cüzi təsir göstərdiyi müəyyənləşdirilib. Söhbət planetin geofiziki göstəricilərində çox kiçik, lakin elmi […]

Uqandada aclıq dərinləşir

Aysel Əlibəyli 27 İyul 2026 · 12:20 1080 baxış Aclıqdan ölənlərin sayının artmasından sonra Uqandada ərzaq yardımı paylanmağa başlanıb Elpress.az xəbər verir ki, Uqanda hökuməti ölkənin şərqində yerləşən Karamoca bölgəsində aclıqdan 19 nəfərin ölməsindən sonra […]