--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Xaricdə təhsil proqramı üzrə sənəd qəbulu yekunlaşıb, artıq müsahibə mərhələsinə başlanılıb.

Aysel Əlibəyli 08 İyun 2026 · 17:14 1154 baxış

Dövlət Proqramının iştirak tələblərinə uyğun gələn və I mərhələ üzrə sənədlərini uğurla tamamlayaraq təqdim etmiş namizədlərlə bu gündən – 8 iyun tarixindən etibarən müsahibə mərhələsinə başlanılıb.

Bildirilib ki, 2026–2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi yekunlaşıb.Qeyd olunub ki, 15 aprel – 5 iyun tarixlərini əhatə edən müraciət dövrü ərzində Dövlət Proqramı üzrə xaricdə təhsil imkanları üçün dünyanın 21 ölkəsinə aid 106 nüfuzlu ali təhsil müəssisəsi üzrə ümumilikdə 1221 namizəd müraciət edib. Müraciət edənlərdən 271 nəfər isə “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” kimi beynəlxalq reytinq cədvəllərində ilk 10-luqda yer alan universitetlərdən qəbul əldə etməyi bacarıb.Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı ətraflı məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri vasitəsilə təqdim olunacaq.Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2024-cü il tarixli 248 nömrəli Sərəncamına əsasən, Dövlət Proqramına qəbul üzrə illik kvota 500 nəfərədək müəyyən edilib. Bu kvotanın bölgüsünə əsasən, yerlərin 25 faizindən çox olmamaq şərti ilə bakalavriat, 20 faizindən çox olmamaq şərti ilə doktorantura, qalan hissə isə magistratura səviyyəsi üzrə nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Toy karvanında avtoxuliqanlığa sərt cəza

Next Article

Balaəliyə oğurluq ittihamı irəli sürülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Livanda PUA hücumu: General öldü

Aysel Əlibəyli 06 İyun 2026 · 13:42 1180 baxış PUA zərbəsi Livanın iki hərbçisinin ölümünə gətirib çıxardı Livanın cənubunda yerləşən Xardəli-Nəbatiyyə magistralında hərəkətdə olan hərbi avtomobilə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində Livan Ordusunun […]

“Şencou-21” missiyası başa çatdı

Aysel Əlibəyli 29 May 2026 · 23:56 1160 baxış Çinin kosmik stansiyasında altı aylıq missiyasını başa vuran “Şencou-21” ekipajı Yerə qayıdıb. Elpress.az Çin Kosmos Agentliyinə istinadən xəbər verir ki, astronavtlar Can Lu, Vu Fey və […]

Zaporojye AES-də yanacaq ehtiyatı ilə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:35 1098 baxış Zaporojye Atom Elektrik Stansiyası bir həftədən çoxdur xarici enerji təchizatından məhrumdur Elpress.az xəbər verir ki, Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında enerji təchizatı ilə bağlı vəziyyət narahatlıq […]