--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ-də 100-ə yaxın pişiyi oğurlayan qadın həbs olundu

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:00 1108 baxış

ABŞ-də qeyri-adi hadisə: 100-ə yaxın pişiyi evində antisanitar şəraitdə saxlayan 77 yaşlı qadın saxlanılıb

Elpress.az xəbər verir ki, ABŞ-də 77 yaşlı Geyl Custino evində antisanitar şəraitdə yüzə yaxın pişik saxladığı üçün hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. İstintaqın məlumatına görə, kondisioneri işləməyən evdə temperatur 40 dərəcədən yuxarı olub, döşəmələr isə nəcis qatı ilə örtülüb. Məlum olub ki, ev sahibi 2014-cü ildən bəri heyvanların saxlanması qaydalarını pozduğuna görə dəfələrlə məsuliyyətə cəlb edilsə də, vəziyyət daha da pisləşib.Qadına qarşı heyvanlarla qəddar rəftar etmə və lazımi şərait yaratmama maddələri üzrə ittiham irəli sürülüb. Polis bildirib ki, qadın heyvanlara kömək etdiyini düşünsə də, əməlləri onların əzab çəkməsinə səbəb olub. Xilas edilən pişiklər sahiblərinə qaytarılmağa başlanılıb, qadının isə psixi yardım alacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ronaldo və Corcinanın toy tarixilə detalları bəlli oldu

Next Article

Rusiyada qadınlara hərbi çağırış varəqələrinin göndərilməsi müzakirə yaradıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukraynaya gecə zərbələri: ölən və yaralananlar var

Aysel Əlibəyli 25 Avqust 2026 · 09:02 1118 baxış Rusiya qüvvələrinin Ukraynaya gecə saatlarında həyata keçirdiyi zərbələr nəticəsində Zaporojye və Xarkov şəhərlərində ölənlər var. Elpress.az xəbər verir ki, Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə […]

Çindəki nəhəng bənd Yerin fırlanmasına təsir edib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 17:21 1100 baxış Çində yerləşən Üç Boğaz Bəndinin yaratdığı su anbarında toplanan nəhəng su kütləsinin Yerin fırlanmasına cüzi təsir göstərdiyi müəyyənləşdirilib. Söhbət planetin geofiziki göstəricilərində çox kiçik, lakin elmi […]