--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Paşinyan Aİİ ilə bağlı sərt xəbərdarlıq etdi

Aysel Əlibəyli 29 İyul 2026 · 16:47 1116 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyəti ilə bağlı narazılığını ifadə edərək, təşkilatın gələcəyinə dair ciddi xəbərdarlıq səsləndirib.

Elpress.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında Rusiya tərəfindən erməni mallarına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmamasının Aİİ üçün mənfi nəticələr doğura biləcəyini bildirib.

Onun sözlərinə görə, hazırda Avrasiya İqtisadi İttifaqının fəaliyyəti normal şəkildə davam etmir və birlik faktiki olaraq ciddi çətinliklərlə üzləşib.Baş nazir qeyd edib ki, Ermənistanın Aİİ-dən çıxmaq planı yoxdur.

Bununla yanaşı, ölkənin alternativ əməkdaşlıq istiqamətlərini inkişaf etdirmək hüququna malik olduğunu vurğulayıb.

Paşinyan bildirib ki, bu mövqeyini Rusiya Prezidenti Vladimir Putinə də çatdırıb və Ermənistanın gələcəkdə alternativ imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ətin qiyməti bahalaşıb

Next Article

Ağdaşdakı musiqi məktəbi Habil Əliyevin adını daşıyacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə Azərbaycan şəhidlərini ehtiramla yad edib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:44 1084 baxış Milli Müdafiə Nazirliyi Anım Günü münasibətilə paylaşım yayıb Elpress.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan şəhidlərinin xatirəsini […]

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 12 oldu

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:30 1086 baxış Girne sahillərində baş verən dəniz qəzasında daha iki nəfərin meyiti aşkarlanıb Elpress.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Girne sahillərində baş verən gəmi qəzası ilə […]

Pezeşkian gələn həftə Moskvaya səfər edəcək

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 08:53 1068 baxış İran Prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və regional məsələlər əsas müzakirə mövzuları olacaq. Elpress.az xəbər verir ki, səfərlə bağlı məlumatı İranın xarici […]