--:--:-- | 01 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İran İsrailə ultimatum verdi: Livandan tezliklə çıxın

Aysel Əlibəyli 28 İyun 2026 · 17:47 1150 baxış

Elpress.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə Livan parlamentinin spikeri Nəbih Berri arasında telefon danışığı baş tutub. Tərəflər bölgədəki son vəziyyəti, xüsusilə də Livandakı təhlükəsizlik məsələlərini müzakirə ediblər.

İran mediasının yaydığı məlumata görə, telefon söhbəti zamanı iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bu arada, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrailin Livandakı hərbi əməliyyatlarına münasibət bildirərək, ABŞ-ın İsrail ordusunu ölkənin bütün ərazilərində əməliyyatları dayandırmağa məcbur etmək üçün təsir imkanlarından istifadə etməsinin vacibliyini vurğulayıb.

O, həmçinin Tehranın İsrail qoşunlarının Livan ərazisindən çıxarılması ilə bağlı qrafikin daha qısa müddətdə müəyyən edilməsini tələb etdiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Ordusu Livanın cənubunda yerləşən Nəbatiyyə bölgəsində radikal Hizbullah hərəkatının bir neçə üzvünün zərərsizləşdirildiyini açıqlamışdı. Bu hadisə bölgədə onsuz da yüksək olan gərginliyi daha da artırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirib

Next Article

Bir ailənin üzvləri qəzaya düşdü: Lerikdə maşın dərəyə yuvarlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Husilər Səudiyyə Ərəbistanını vurdu: 11 mülki şəxs yaralanıb

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:10 1048 baxış Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə husilər tərəfindən raket hücumu edilib, genişmiqyaslı yeni hücum xəbərdarlığı olunub Elpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü Turki […]

Berlində texnoparad zamanı 50 nəfər xəstəxanaya yerləşdirilib

Aysel Əlibəyli 16 Avqust 2026 · 21:41 1050 baxış Berlində keçirilən “Rave The Planet” texnoparadında onminlərlə insan iştirak edib. Elpress.az xəbər verir ki, avqustun 15-də baş tutan tədbir zamanı müxtəlif səbəblərdən 50 nəfərin xəstəxanaya çatdırıldığı […]

Rusiya və Ukrayna arasında 103 hərbi əsir dəyişdirilib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:11 1046 baxış Əsir mübadiləsi BƏƏ-nin vasitəçiliyi ilə həyata keçirilib Elpress.az xəbər verir ki, Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub.Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, […]