İran aviaşirkətlərinin BƏƏ-yə bütün reysləri gecə yarısından etibarən ləğv edilib
Elpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın tətbiq etdiyi sanksiyalara uyğun olaraq İran aviaşirkətlərinin həyata keçirdiyi uçuşları dayandırıb.Bu barədə İranın Aviasiya Təşkilatı məlumat yayıb.Məlumata görə, İran aviaşirkətlərinin BƏƏ-yə həyata keçirdiyi bütün uçuşlar gecə yarısından etibarən ləğv olunub.


