--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Günəş tutulması Avropada elektrik enerjisi istehsalını azaldacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 11:36 1056 baxış

Elpress.az xəbər verir ki, avqustun 12-də baş verəcək Günəş tutulması Avropada günəş enerjisi istehsalının müvəqqəti azalmasına səbəb olacaq.

Ayın Günəşin qarşısından keçməsi nəticəsində fotovoltaik elektrik enerjisi istehsalında əhəmiyyətli azalma gözlənilir. Açıq hava şəraitində Avropada günəş enerjisi istehsalının 9,7 QVt-a qədər azalacağı proqnozlaşdırılır.

Mütəxəssislərin hesablamalarına görə, bu dəyişiklik elektrik enerjisi sistemində qısa müddətli, lakin əvvəlcədən proqnozlaşdırılan azalma yaradacaq.Günəş tutulmasının təsirinin xüsusilə İspaniya və Almaniyada daha çox hiss olunacağı gözlənilir.

Elektrik ötürücü sistem operatorlarının isə mümkün dəyişikliklərə qarşı qabaqlayıcı tədbirlər gördüyü bildirilir.

Məlumata görə, enerji istehsalındakı dəyişiklik Bakı vaxtı ilə saat 21:15-dən 23:30-dək müşahidə oluna bilər.Qeyd edək ki, avqustun 12-də baş verəcək Günəş tutulması Azərbaycandan müşahidə olunmayacaq. Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, tutulma Bakı vaxtı ilə saat 19:34-də başlayacaq, maksimum faza saat 21:46-da çatacaq və 23:57-də başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda qonaq evlərinə yeni dəstək mexanizmləri yaradılacaq

Next Article

Azərbaycanda “Limitless Drive” layihəsi çərçivəsində 30 min kilometrlik sürüş testi başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstanın bir çox bölgəsində elektrik enerjisi kəsildi

Aysel Əlibəyli 24 İyul 2026 · 02:56 1058 baxış Gürcüstanın müxtəlif şəhər və rayonlarında genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb. Elpress.az xəbər verir ki, hadisə nəticəsində paytaxt Tbilisi ilə yanaşı Rustavi, Batumi və digər iri […]

ABŞ-ın İrana hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 09 İyul 2026 · 15:55 1082 baxış ABŞ-ın İranın Hörmüzqan əyalətinin Sirik şəhərində yerləşən limana endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb. Elpress.az xəbər verir ki, İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin […]

Mərakeşdən Avropaya kütləvi miqrant axını

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:06 1054 baxış Mərakeş İspaniya anklavlarına qanunsuz miqrasiya kəskin artmasının səbəblərini açıqladı Elpress.az xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi ölkədən İspaniyaya məxsus Seuta və Melilya anklavlarına qeyri-qanuni miqrant […]

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Aysel Əlibəyli 07 İyul 2026 · 22:18 1112 baxış Ermənistanda müxalifət lideri həbs olundu: Məhkəmə Tsarukyan barədə qərar çıxardı Elpress.az məlumat verir ki, Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində məhkəmə tərəfindən iki […]