--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda “Limitless Drive” layihəsi çərçivəsində 30 min kilometrlik sürüş testi başlayıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 11:59 1050 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanda avtomobil sənayesində yeni layihəyə start verilib.“Limitless Drive” layihəsi çərçivəsində JAECOO J8 modeli 30 gün ərzində 7/24 rejimində ümumilikdə 30 min kilometr məsafə qət edərək uzunmüddətli sürüş testindən keçiriləcək.

Layihənin məqsədi avtomobilin fasiləsiz və uzunmüddətli istismar şəraitində imkanlarını real yol şəraitində nümayiş etdirməkdir. Test müddətində JAECOO J8-in yanacaq və enerji sərfiyyatı, dözümlülüyü, uzunmüddətli istismara davamlılığı və digər texniki göstəriciləri sınaqdan keçiriləcək.

Layihə çərçivəsində avtomobil Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarını əhatə edən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə hərəkət edəcək.Maraqlı məqamlardan biri isə test prosesinin izləyicilər üçün də açıq olmasıdır. Layihənin gedişatı sosial media platformalarında 7/24 rejimində izlənilə biləcək.

Avtomobilin keçdiyi marşrut, gündəlik nəticələr və sınağın gedişi barədə məlumatlar mütəmadi paylaşılacaq.Bundan əlavə, layihə müddətində müxtəlif viktorinalar, interaktiv müsabiqələr və xüsusi aktivliklərin keçirilməsi, qaliblərə isə sponsorlar tərəfindən hədiyyələrin təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, “Limitless Drive” layihəsinin rəsmi təqdimatı ilə bağlı Bakıda mətbuat konfransı keçirilib. Tədbirdə layihənin məqsədləri, formatı və 30 günlük sürüş testinin əsas mərhələləri barədə media nümayəndələrinə məlumat verilib.

Mətbuat konfransında iMotors şirkətinin direktoru Əli Əhədov, layihənin rəhbəri Kənan Əli və layihənin aparıcısı Eygün Xidirov iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Günəş tutulması Avropada elektrik enerjisi istehsalını azaldacaq

Next Article

Uitkoff: Cənubi Qafqazda sülh prosesində yeni mərhələ başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fatih Birol: Neft qiymətlərində eniş ehtimalı artır

Aysel Əlibəyli 18 İyun 2026 · 18:50 1118 baxış Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol İran–ABŞ sülh prosesi və qlobal enerji bazarındakı vəziyyətlə bağlı neft qiymətlərinin gələcək dinamikasına dair açıqlama verib. Beynəlxalq Enerji Agentliyinin […]

Azərbaycanda lazer hamarlamanın tətbiqi genişləndirilir

Aysel Əlibəyli 16 İyun 2026 · 11:32 1132 baxış Azərbaycanda kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Elpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur […]

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:50 1050 baxış Ermənistanın iqtisadiyyat naziri ixracın həcmini açıqlamayıb Elpress.az xəbər verir ki, Ermənistandan Azərbaycana alüminium folqa məhsulunun ixracı həyata keçirilib.Bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hökumətin iclasından sonra […]