--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda qonaq evlərinə yeni dəstək mexanizmləri yaradılacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 11:09 1070 baxış

Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, o cümlədən qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır.

Elpress.az Report-a istinadən xəbər verir ki, bu məsələ “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsində öz əksini tapıb.Dövlət Turizm Agentliyindən bildirilib ki, layihədə turizm sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, Dövlət Proqramının layihəsi hazırda aidiyyəti üzrə son razılaşma mərhələsindədir. Proqram təsdiqləndikdən sonra nəzərdə tutulan dəstək mexanizmləri barədə daha ətraflı məlumat veriləcək.Hazırda kənd qonaq evlərinin dəstəklənməsi istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur. Bunlardan biri “Turistik kənd” layihəsidir.Layihə çərçivəsində kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi, yerli əhalinin turizm fəaliyyətinə cəlb olunması və özünüməşğulluq imkanlarının genişləndirilməsi hədəflənir.

Bildirilib ki, özünüməşğulluq proqramının “Aqroturizm” zərfi üzrə indiyədək 12 kənd qonaq evi müvafiq avadanlıqlarla təmin edilib.Onlardan 2-si Qusar rayonunun Laza, 3-ü Qax rayonunun Sarıbaş, 6-sı İlisu, 1-i isə Qəbələ rayonunun Duruca kəndində yerləşir.

Qeyd olunub ki, bu dəstək kəndlərdə turizm potensialından daha səmərəli istifadəyə, qonaq evlərinin xidmət imkanlarının və keyfiyyətinin yüksəldilməsinə, həmçinin regionlarda sahibkarlıq və özünüməşğulluğun artırılmasına şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıqla bağlı Saziş təsdiqlənib

Next Article

Günəş tutulması Avropada elektrik enerjisi istehsalını azaldacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan və dolu olacaq

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 13:54 1034 baxış Elpress.az xəbər verir ki, sentyabrın 7-də Azərbaycanda hava şəraitinin dəyişkən olacağı, bir sıra ərazilərdə yağış yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə fasilələrlə […]

İyulda şansı üzünə güləcək 4 bürc açıqlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:42 1092 baxış Astroloqların proqnozuna görə, iyul ayı dörd bürc üçün yeni imkanlar, xoş sürprizlər və mühüm dəyişikliklərlə yadda qala bilər. Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, İyul ayı […]