ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin həm onunla, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır olduğu barədə açıqlaması gündəmə gəlib.
Elpress.az xəbər verir ki, “The New York Times” Trampın Nyu-Yorkda Zelenski ilə görüşü zamanı səsləndirdiyi bu fikrin hazırda təsdiqlənmədiyini və şübhəli göründüyünü yazıb.Nəşrin məlumatına görə, Vladimir Putin daha əvvəl Zelenski ilə mümkün təmasların yalnız Moskvada baş tuta biləcəyini bildirib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da Ukrayna liderinin Rusiyaya getmək qərarına gələcəyi təqdirdə onun təhlükəsizliyinin təmin ediləcəyini açıqlayıb.“The New York Times” həmçinin Vaşinqtonun Ukrayna münaqişəsinin həlli istiqamətində apardığı diplomatik prosesdə uzun fasilənin yarandığını qeyd edib. Qəzet ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kremlin nümayəndələri ilə keçirdiyi görüşlərin də nəzərəçarpacaq nəticə vermədiyini iddia edib.Volodimir Zelenski isə Tramp ilə görüşündən sonra “The Wall Street Journal”a açıqlamasında müharibənin qış başlamazdan əvvəl başa çatacağına əmin olmadığını bildirib. O, ABŞ-dan əlavə hərbi yardım gözlədiyini və soyuq hava şəraitinə qədər Ukraynaya lazımi silahların çatdırılmasının vacib olduğunu vurğulayıb.Bundan başqa, Tramp Ukraynada “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin birgə istehsalına dair məsələyə baxa biləcəyini söyləyib. Lakin “The Wall Street Journal”ın yazdığına görə, Zelenski bu məsələ ilə bağlı görüş zamanı konkret cavab əldə edə bilməyib.


