--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Dünya Bankından Ukraynaya milyardlarla dollarlıq yeni dəstək

Aysel Əlibəyli 25 İyun 2026 · 23:38 1170 baxış

Elpress.az xəbər verir ki, Dünya Bankı Ukraynaya ümumilikdə 3,39 milyard dollar məbləğində kredit və qrant ayıracaq.

Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, ayrılan vəsait dövlət büdcəsinin prioritet istiqamətlərinin maliyyələşdirilməsinə və ölkədə makroiqtisadi sabitliyin qorunmasına sərf olunacaq.

Maliyyə paketinə Böyük Britaniya və Yaponiyanın zəmanəti ilə təqdim edilən 1,04 milyard dollarlıq kredit, eləcə də “F.O.R.T.I.S. Ukraine FIF” fondu çərçivəsində ayrılan 2,35 milyard dollarlıq qrant daxildir.

Ukrayna hökuməti hesab edir ki, bu maliyyə dəstəyi ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsində və dövlət öhdəliklərinin yerinə yetirilməsində mühüm rol oynayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DÇ-2026-da F qrupunda həlledici gecə: Niderland və Yaponiya meydana çıxır

Next Article

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransada üç nüvə reaktoru meduzalara görə dayandırılıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:59 1074 baxış Meduzaların suqəbuledici sistemlərə dolması Qravelin AES-də üç reaktorun işinə fasilə yaradıb Elpress.az xəbər verir ki, Fransanın şimalında yerləşən Qravelin Atom Elektrik Stansiyasında üç reaktorun fəaliyyəti müvəqqəti […]

Günəş tutulması Avropada elektrik enerjisi istehsalını azaldacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 11:36 1054 baxış Elpress.az xəbər verir ki, avqustun 12-də baş verəcək Günəş tutulması Avropada günəş enerjisi istehsalının müvəqqəti azalmasına səbəb olacaq. Ayın Günəşin qarşısından keçməsi nəticəsində fotovoltaik elektrik enerjisi […]

ABŞ Venesuelaya 2 min hərbçi göndərdi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:06 1092 baxış Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra ABŞ humanitar yardım və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bölgəyə genişmiqyaslı hərbi qüvvə cəlb edib. Elpress.az xəbər verir ki, ABŞ Müdafiə […]