Meduzaların suqəbuledici sistemlərə dolması Qravelin AES-də üç reaktorun işinə fasilə yaradıb
Elpress.az xəbər verir ki, Fransanın şimalında yerləşən Qravelin Atom Elektrik Stansiyasında üç reaktorun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.Fransanın enerji şirkəti “EDF”in məlumatına görə, qərara Şimal dənizindən stansiyaya daxil olan çoxsaylı meduzalar səbəb olub. Meduzaların dəniz suyunun stansiyaya ötürüldüyü sistemlərə kütləvi şəkildə daxil olması filtrasiya qurğularının tıxanması riskini artırıb.Şirkət bildirib ki, reaktorların dayandırılması ehtiyat tədbiri kimi həyata keçirilib. Hadisənin stansiyanın avadanlıqlarına, əməkdaşların təhlükəsizliyinə və ətraf mühitə hər hansı təhlükə yaratmadığı qeyd olunub.Qravelin AES-də reaktorların soyudulması üçün Şimal dənizindən götürülən sudan istifadə edilir.


