--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Zelenski “Starlink” məsələsində Makronun dəstəyindən danışıb

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:16 1062 baxış

Ukrayna lideri “Starlink” xidmətinin Rusiya ərazisində istifadəsi ilə bağlı danışıqlara 10-a yaxın dünya liderinin qoşulduğunu bildirib

Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ordusunun ehtiyacları üçün “Starlink” xidmətinin Rusiya ərazisində aktivləşdirilməsi ilə bağlı beynəlxalq səviyyədə danışıqlar aparıldığını açıqlayıb.Zelenskinin sözlərinə görə, bir sıra Avropa liderləri amerikalı milyarder İlon Maskı və ABŞ Prezidenti Donald Trampı Ukrayna ordusunun sözügedən xidmətdən istifadəsinə razı salmağa çalışırlar.Ukrayna Prezidenti bildirib ki, Fransa Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb bu istiqamətdə aparılan danışıqlara dəstək veriblər. Onun sözlərinə görə, ümumilikdə prosesə təxminən 10 dünya lideri cəlb olunub.Qeyd edək ki, İlon Maskın Ukraynaya “Starlink” xidmətindən Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək məqsədilə istifadəyə icazə vermədiyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Macarıstanda AES-in fəaliyyətində problem yaranıb

Next Article

Türkiyənin bu şəhərində temperatur 46 dərəcəyə çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Britaniyada sosial şəbəkələrdə gecə qadağası

Aysel Əlibəyli 02 Avqust 2026 · 14:52 1078 baxış Böyük Britaniyada 16–17 yaşlı gənclər üçün rəqəmsal “komendant saatı” tətbiq olunur Elpress.az xəbər verir ki, Böyük Britaniya hökuməti yeniyetmələrin psixoloji sağlamlığını və yuxu rejimini qorumaq məqsədilə […]

Ukrayna Rusiyanın Yeysk limanına dronlarla zərbə endirib

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:48 1050 baxış Hücum nəticəsində limanda yanğın baş verib, gəmilərdən birinin zədələndiyi bildirilir Elpress.az xəbər verir ki, Ukrayna ötən gecə Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk limanına pilotsuz uçuş aparatları […]

“Şencou-21” missiyası başa çatdı

Aysel Əlibəyli 29 May 2026 · 23:56 1134 baxış Çinin kosmik stansiyasında altı aylıq missiyasını başa vuran “Şencou-21” ekipajı Yerə qayıdıb. Elpress.az Çin Kosmos Agentliyinə istinadən xəbər verir ki, astronavtlar Can Lu, Vu Fey və […]

Nepal-Çin sərhədində daşqın: ölənlərin sayı 31-ə çatıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:05 1062 baxış Xilasetmə əməliyyatları nəticəsində 88 nəfər xilas edilib Elpress.az Nepal-Çin sərhədində baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 31 nəfərə yüksəlib.Daşqın Nepalın Rasuva bölgəsində ciddi fəsadlara səbəb […]